Ukraynada indiyə qədər 213 uşaq həlak olub

24 Aprel 2022 13:00

Rusiyanın Ukraynaya hücumu nəticəsində fevralın 24-dən bu günə qədər 213 uşaq həlak olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, davam edən müharibədə indiyədək 389 uşaq yaralanıb.

Milli.Az