İsraildə qapalı yerlərdə maska ​​taxmaq tələbi ləğv edildi

24 Aprel 2022 12:30

İsraildə 2020-ci ilin aprelindən qüvvədə olan qapalı yerlərdə qoruyucu maskaların məcburi taxılması tələbi ləğv edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Maska tələbinin ləğvi koronavirusa yoluxma potensialı yüksək olan yerlərə, o cümlədən xəstəxanalar, qocalar evləri, doğum evlərinə şamil edilmir.

İsraildə açıq havada qoruyucu maskalar taxmaq tələbi 2021-ci il aprelin ortalarında qaldırılıb.

Milli.Az