Livanda 60 nəfəri daşıyan kater batıb

24 Aprel 2022 11:37

Livanda Tripoli şəhəri yaxınlığında göyərtəsində təqribən 60 nəfər olan kater batıb".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli şöbəsi tviterdə açıqlayıb.

Bildirilib ki, sərnişinlərin aqibəti bəlli deyil. Şəhər limanına 7 təcili yardım maşını cəlb olunub.

Milli.Az