"iPhone"-lar üçün "WhatsApp" da yeni funksiya

23 Aprel 2022 23:52

"Apple" smartfonları üçün "WhatsApp" messencerinin son versiyasında yeni funksiyalar əlavə olunub. Belə ki, qrup şəklində səsli zənglər zamanı eyni vaxtda 32-yə qədər istifadəçi iştirak edə biləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, söhbət tətbiqin 22.8.80 versiyasından gedir.

Yenilənməni artıq butun "iOS" əməliyat sistemli "Apple" qadcetlərinə yükləmək mümkündür. Yenilənmə həmçinin messencerin interfeysində dəyişiklikləri ehtiva edir.

Bundan əlavə, son versiyada yeni məxfilik parametri olaraq şəkillərə baxış imkanını məhdudlaşdırmaq mümkündür. Lakin bu funksiya hələlik bütün İOS istifadəçiləri üçün aktiv deyil.

Milli.Az