Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rus oliqarxların Türkiyəyə üz tutmasından danışıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Çavuşoğlu "çirkli pullar" olmadığı müddətdə hər hansı şirkətin Türkiyədə fəaliyyətinə qarşı olmadıqlarını bildirib:
"Biz sanksiyalarda iştirak etməyən bir ölkəyik. Əgər hər hansı bir şirkət Türkiyədə iş görmək istəyirsə, qanunlarımıza uyğun hərəkət etməlidir. Beynəlxalq hüquqa uyğun hərəkət etməlidir. Biz qeyri-qanuni fəaliyyətə icazə vermirik. "Çirkli pullar" olmamalıdır".
Milli.Az