Rusiya Odessada dinc insanları raketlə vurdu: 6 ölü, biri 3 aylıq uşaqdır - YENİLƏNİB - FOTO

23 Aprel 2022 20:28

Rusiya qoşunlarının Odessaya atdığı qanadlı raketin yaşayış binasını vurması nəticəsində həlak olanların sayı 6 nəfərə çatıb.

Milli.Az bildirir ki, həlak olanların biri 3 aylıq uşaqdır. 18 nəfər yaralanıb. Dağıntılar altından 2 nəfər çıxarılıb, 86 nəfər təlxiyə olunub.

19:21

Ukraynanın Odessa şəhəri aprelin raket hücumuna məruz qalıb.

Bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak xəbər verib.

O, raket hücumu nəticəsində 5 nəfərin öldüyünü, 18 nəfərin yaralandığını bildirib.

"Ölənlər arasında üç aylıq körpə də var" - Andrey Yermak vurğulayıb.

Milli.Az