Rusiyadan Avropaya qaz nəqli azalacaq

23 Aprel 2022 19:18

Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropa İttifaqı ölkələrinə qaz tranziti üçdə bir qədər azala bilər. Çünki stansiyaların işinə müdaxilələr qeydə alınır.

Milli.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Naftoqaz"ın rəhbəri Yuri Vitrenko tviterdə yazıb.

"Bizim hesablamalara görə, onlar ərazilərdəki stansiyalarımızı sıradan çıxarmaqdan əl çəkməsə, Ukrayna vasitəsilə Rusiyadan Aİ-yə ixrac olunan qazın həcminin üçdə biri itiriləcək", - o deyib.

Milli.Az