Xüsusi təyinatlı qüvvələrin təliminə dair memorandum təsdiqləndi

23 Aprel 2022 15:22

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında "Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin təliminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, 2019-cu il oktyabrın 10-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında "Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin təliminə dair" Anlaşma Memorandumu təsdiq edilib.

Milli.Az