Prezident Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilib

23 Aprel 2022 14:08

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilib.

Bu barədə Diaspora İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu gün Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı başa çatıb

Tədbirdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiq olunub. Prezident İlham Əliyev Qurultay iştirakçıları tərəfindən Şuranın sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuranın icraçı katibi seçilib.

Milli.Az