Ukraynalılar evlərinə qayıdırlar: Polşa ilə sərhəddə növbə

23 Aprel 2022 16:36

Aprelin 23-də səhər saatlarında Polşadan Ukraynaya gəlmək üçün sərhəddə böyük növbələr yaranıb.

Milli.Az bildirir ki, bu haqda Ukrayna Dövlət Sərhəd Xidməti Telegram-da məlumat paylaşıb.

"Bəzi rayonlarda Polşadan Ukraynaya getmək üçün xeyli nəqliyyat vasitələri yığılıb", - məlumatda deyilir.

Aslan Məmmədov
Milli.Az