Arıqladır, ağrıları aradan qaldırırRazyananın faydaları

24 Aprel 2022 19:05

Razyana bitkisi bir ədviyyat kimi qədimlərdən istifadə edilir. Aşağı kalorili, doydurucu bir tərəvəz olan razyana həzm sisteminin də dostu kimi tanınır. Amma faydaları bununla bitmir:  

Milli.Az medicina.az-a istinadən sizə razyananın faydaları təqdim edir:  

• Mədə qazı və gəyirmə problemlərini aradan qaldırır.

• Spazmı aradan qaldırır. Əsasən də razyana toxumu kolik və bağırsaq sancılarını aradan qaldırır.

• Qadın hormonu olan esterogen kimi davranan bir bitkidir. Ana südünü artırmaq və aybaşı pozuntusunu qaydaya salmaq üçün istifadə edilir.

• Tərkibində razyana yağı olan siroplar bəlğəm gətirici xüsusiyyətə malikdir. Boğazı təmizləyir, rahat nəfəs almaq üçün kömək olur.  

• Razyananın tərkibində kalsiumun miqdarı çoxdur. Kalsium yüksək qan təzyiqini normaya salır.

• Razyana çayı bədəndə su saxlamanı azaldır. Metobolizmi sürətləndirir, piylərin əriməsini təmin edir, iştahanı normaya salaraq arıqlamağa kömək olur.

Razyana çayı:

200 ml qaynar suya  1-2 çay qaşığı razyana toxumu atın və təxminən 5 dəqiqə boyunca dəmləyin. Yeməkdən əvvəl isti halda için.

Milli.Az