Okeanın o tayına, ABŞ-a köçən müğənni Elariz Məmmədoğlu yaşadığı Bruklində həmvətənləri tərəfindən iftar süfrəsinə dəvət olunub.
Milli.Az bizimmedia-ya istinadla xəbər verir ki, sənətçi masa arxasında əyləşərək, azərbaycanlıların yeməyə olan sevgisindən danışıb.
"İftar süfrəsi yeməklərlə boldur. Hər şeydən çoxdur. Bizim millət sevir, hər şey çox, lap çox olsun. Düyü, ət çox olsun. Bozbaşın içində küftə də yekə olsun".
Qeyd edək ki, 3 il əvvəl 2019-cu ildə E. Məmmədoğlu ABŞ-a köçüb. Elarizin həyat yoldaşı Gülnar xanım 2017-ci ildə "Greencard" qazanıb.
Milli.Az