Kanada Ukraynaya ağır artilleriya təchiz edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kanada MN məlumat yayıb.
Sənəddə göstərilir ki, Kanada Ukrayna ordusuna 155 mm-lik M777 haubitsaları və müvafiq sursat verib. Haubitsaların atəş məsafəsi 30 kilometrdir.
Ottava eyni zamanda Ukraynaya zirehli maşın verilməsi və PUA-lara texniki xidmət mnəsələsini müzakirə edir. Bir müddət əvvəl ölkə Ukraynaya tank əleyhinə qumbaralar verib.
Milli.Az