Hindistan koronavirus əleyhinə vaksin istehsalını dayandırır

23 Aprel 2022 08:48

Dünyanın ən böyük vaksin istehsalçısı olan Hindistanın "Serum Institute of India" şirkəti covid-19 əleyhinə vaksin istehsalını dayandıracağını açıqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şirkət 1 milyard dozadan artıq Covishield vaksini istehsal edib. Onun məhsulları əsasən kasıb ölkələr üçün nəzərdə tutlub.

Şirkət bildirir ki, hazırda dünyada covid-19 əleyhinə vaksin və preparatların bolluğu yaranıb, yeni məhsul sifarişi minimuma enib. Rəhbərlik anbarda qalan 200 milyon doza vaksinin kasıb ölkələrə verilməsini təklif edir.

Milli.Az