Bakıda intihara cəhdin qarşısı alınıb

23 Aprel 2022 07:55

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsindəki pəncərəyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-dən bildirilib ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Milli.Az