Rusiya bu jurnalistləri xarici agentlər reyestrinə daxil etdi

22 Aprel 2022 23:52

Rusiya Ədliyyə Nazirliyi martın əvvəlində bağlanan "Exo Moskvı" radiostansiyasının keçmiş baş redaktoru Aleksey Venediktov, jurnalistlər Aleksandr Nevzorov və Sergey Parxomenkonu xarici media agentlərinin reyestrinə daxil edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, onlardan əlavə daha beş nəfər reyestrə daxil edilib.

Reyestrə həmçinin daxildir: Moskva Ali Sosial-İqtisadi Elmlər Məktəbinin (Şaninka) Sosial Elmlər Fakültəsinin dekanı Viktor Vaxşteyn, LGBT fəalı Yaroslav Sirotkin, jurnalistlər Artur Asəfiyev, Yekaterina Luşnikova və "Fond 19/29" araşdırmaçı jurnalistlər icmasının eksperti Vladimir Voronov.

Milli.Az