Türkiyə ordusu şəhid verdi

22 Aprel 2022 23:29

Türkiyə ordusu şəhid verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, "Pəncə-Kilit" əməliyyatında terrorçularla qarşıdurmada yaralanan çavuş Furkan Gökün aparıldığı xəstəxanada dünyasını dəyişib. 

Nazirlik şəhidin ailəsinə və Türkiyə xalqına başsağlığı verib. 

Milli.Az