Rusiya MN: Ukraynanın 26 hərbi obyekti məhv edilib

22 Aprel 2022 21:21

Rusiyanın raket və artilleriya qoşunları Ukraynanın 26 hərbi obyektini məhv edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

Məhv edilən obyektlər arasında 2 komanda məntəqəsi və 21 hərbi texnikanın cəmləşmə məntəqəsi var.
Konaşenkov əlavə edib ki, gün ərzində Ukrayna ordusunun raket anbarı, 27 ədəd zirehli texnikası və hərbi nəqliyyat vasitəsi də vurulub.

Milli.Az