Putin Şarl Mişellə danışacaq

22 Aprel 2022 14:54

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putin cümə günü Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə telefon danışığı aparacaq.

Milli.Az TASS-a istinadən xəbər verir ki, "Putin indi beynəlxalq telefon danışığı aparacaq, sizə məlumat verəcəyik. Bu, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel olacaq", - Kremlin sözçüsü bildirib.

Bu il Rusiya dövlətinin başçısı artıq Mişellə telefonla danışıb, Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər.

Aslan Məmmədov
Milli.Az