Röya Rüfət tanınmaz hala saldı

22 Aprel 2022 13:24

Xalq artisti Röya Ayxan müğənni Rüfət Axundovla duet oxuyub və ifaçılar klip çəkilişi üçün İstanbula yollanıblar. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Röya Rüfətlə çəkdirdiyi şəkillərdən birini instaqram hesabında yayımlayıb. Şəkildə sənətçinin yanındakı şəxsin Rüfət olduğu isə çətinliklə anlaşılıb. 

Röyanın fotoşop sevgisi R.Axundovun da sifətini dəyişib, o tam fərqli biri olub. 

Milli.Az