Yaponiya Rusiyanın Kuril adasını işğal etdiyini bəyan etdi

22 Aprel 2022 10:24

Yaponiya 2003-cü ildən bəri ilk dəfə olaraq şimal hissəsini işğal olunmuş kimi göstərib.

Milli.Az APA-ya istinadən bildirir ki, Kuril adalarının cənub hissəsi "Diplomatiyanın Mavi Kitabında" Rusiya tərəfindən qanunsuz işğal olunmuş kimi qeyd olunub.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi hökumətin illik hesabatında təqdim edib.

2011-ci ildən bəri ilk dəfə olaraq, bu ilki Mavi Kitabda adaların "Yaponiya ərazisi" olduğu da yer alıb.

Milli.Az