Əsginazların üzərində niyə hələ də Milli Bank yazılır?

22 Aprel 2022 19:36

Sosial şəbəkələrdə 100 manatlıq əsginazların üzərində həm "Milli Bank", həm də "Mərkəzi Bank" qeydlərinin olması ilə bağlı suallar meydana çıxıb.

Milli.Az xəbər verir ki, Mərkəzi Bankdan axar.az-a bildirilib ki, üzərinə Milli Bank yazılan əsginazlar 2009-cu ilə qədər tədavülə buraxılanlardır:

"2009-cu ildən etibarən Milli Bankın adı Mərkəzi Bank olaraq dəyişdirildi. Buna görə də 2009-cu ilə qədər tədavülə buraxılan əsginazlarda Milli Bank, 2009-cu ildən sonra buraxılanlarda Mərkəzi Bank qeyd olunur".

Milli.Az