Evlənmək istəyənlərə 82 min dollar verilir

22 Aprel 2022 18:48

Qətər hökuməti gəncləri daha aktiv ailə qurmağa həvəsləndirmək üçün evlənmək istəyənlərə ayrılan faizsiz kreditin məbləğinin üç dəfə artırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, indi bu vəsait 300 min Qətər rialınadək (82.000 ABŞ dollarından çox) təşkil edir.

Faizsiz krediti həm qadınlar, həm də kişilər ala bilər.

Kredit 60 aydan çox müddət ərzində tədricən geri qaytarılmalıdır.

Milli.Az