Rusiyanın müdaxiləsini dəstəkləyənlər vətəndaşlıqdan çıxarılacaq

22 Aprel 2022 09:54

Latviya parlamenti vətəndaşlıq haqqında qanuna dəyişiklik edərək Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləyən şəxslərin vətəndaşlıqdan məhrum edilməsini təsdiqləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Latviya seymindən verilən məlumatda həmçinin qeyd olunur ki, hər-hansı bir şəxsin Ukraynadakı müharibəni dəstəklədiyi barədə məlumatlar dövlət təhlükəsizlik orqanlarına təqdim ediləcək.

Latviya Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, fevralın 24-dən aprelin əvvəlinə kimi Rusiyanın Ukraynadaya müdaxiləsinə dəstək verməklə bağlı 14 cinayət işi başlanıb.

Milli.Az