Bir müddət əvvəl oğlunu itirən dünya şöhrətli portuqaliyalı futbolçu Kriştianu Ronaldu yeni doğulan qızı ilə birgə çəkdirdiyi ilk ailə fotosunu paylaşıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 37 yaşlı portuqaliyalı ulduz "Instagram"da ailəsinə dəstək olanlara təşəkkür edib.
"Corcina və körpəmiz nəhayət bizimlədir. Bütün xoş sözlərə görə hər kəsə təşəkkür edirik. Dəstəyiniz bizim üçün çox önəmlidir və hamımız ailəmizə göstərdiyiniz sevgi və hörməti hiss edirik. İndi həyat dünyaya gəldiyimiz üçün minnətdar olmağın vaxtıdır", - forvard qeyd edib.
Milli.Az