Xan Şuşinskinin sonuncu tələbəsi vəfat etdi

22 Aprel 2022 07:55

Azərbaycanlı xanəndə, bəstəkar Oqtay Hacıyev vəfat edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Hacıyev Oqtay Abuzər oğlu 1951-ci ildə Şəmkirin Zəyəm-Cırdaxan kəndində anadan olub. O, Xan Şuşinskinin sonuncu tələbəsi idi. Mərhum xanəndə eyni zamanda məşhur "Neyçün bəs" mahnısının müəllifir. Sözügedən mahnını ilk dəfə 1979-cu ildə Xalq artisti Arif Babayev efirdə səsləndirmişdi.

Milli.Az