Avropada qazın qiyməti artıb

21 Aprel 2022 23:42

Avropada qaz qiymətləri artıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Londonun ICE birjasında qiymətlər 5,45% artaraq min kubmetr üçün 1110 dollar təşkil edib.

Avropanın ən böyük mərkəzi TTF indeksi üzrə ən yaxın may fyuçerslərinin qiyməti ticarətin açılışında 1027 dollar təşkil edib ki, bu da ticarət sessiyasının minimum göstəricisi olub.

Kotirovkalar ticarət sessiyası ərzində artım göstərərək 1120 dollar təşkil edib.

Milli.Az