Bakıda 10 yaşlı məktəblini avtomobil vurub

21 Aprel 2022 23:36

Bakıda məktəbin qarşısında yeniyetməni avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

159 nömrəli tam orta məktəbin qarşısında yolu keçən 2012-ci il təvəllüdlü Quliyev Ayxan Amil oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az