ARDNŞ Azərbaycanda ilk dəfə öz brendi altında yanacaqdoldurma stansiyalarını istismara verib

7 May 2010 15:35
Yeni yanacaqdoldurma stansiyaları Heydər Əliyev Beynəlxalq Hava Limanına aparan yolda, Zığ şosesində və Bibiheybətdə yerləşir. İlin sonunadək ARDNŞ-in brendi altında daha doqquz YDS istismara veriləcək.

İndiyədək ARDNŞ Gürcüstanda 30-dan artıq YDS tikib və istismara verib.Cari ildə daha 30 ədəd stansiyanın istismarı planlaşdırılır.

Şirkət eləcə də Ukraynanın topdansatış neft məhsulları bazarında da fəaliyyətini genişləndirir. Hazırda ARDNŞ bu ölkədə 20-yə yaxın YDS rebrendinqini aparır. Bu stansiyalarda neft məhsullarının satışına may ayında başlanacağı gözlənilir.

/Trend/