Rusiya ABŞ vitse-prezidentinə sanksiya tətbiq edib

21 Aprel 2022 19:25

Rusiya Xarici İşlər Nazirliyi 29 ABŞ vətəndaşını "stop" siyahısına daxil edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bundan əlavə, 61 Kanada vətəndaşına qarşı sanksiyalar tətbiq edilib.

Sanksiya tətbiq eidlənlər arasında "Meta"nın qurucusu Mark Zukerberqin və ABŞ-ın vitse-prezidenti Kamala Harrisin də adı var.

Bildirilib ki, yaxın günlərdə Rusiya XİN ABŞ hakimiyyətinin düşmənçilik davranışlarına cavab olaraq "stop" siyahısını artıracaq.

Milli.Az