Bəxtiyar Kərimov və Yaşar Musayev Prezidentin fəxri diplomu ilə təltif olundu

21 Aprel 2022 16:33

Prezident İlham Əliyev B.Q.Kərimovun və Y.B.Musayevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Sərəncam verib.

Sərəncamla Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Bəxtiyar Qulu oğlu Kərimov və Yaşar Balabəy oğlu Musayev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Milli.Az