Bakı Şəhər Halqası şəhər treki olduğundan tikinti işləri yarışadək bitəcək. Bunları iyunun 6-dək yekunlaşdırmağı düşünürük.
Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer deyib.
O qeyd edib ki, Paddok ərazisində də infrastruktur-quraşdırma işlərinə də start verilib.
"Beynəlxalq Avtomobil Federasiyası da sınaqlarını həyata keçirəcək. Bu yoxlanışlardan sonra trek tam istifadəyə veriləcək. Sevindirici xəbər ondan ibarətdir ki, biz tribunalara və trekə qayıtmışıq. Bakı Şəhər Halqasının əməkdaşları durmadan çalışırlar. Azərbaycandakı yarışın yaddaqalan olmasını istəyirik", - deyə o əlavə edib.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 2022 iyunun 10-12 tarixlərində baş tutacaq.
Milli.Az