Azərbaycanda maska qadağasının ləğvi ilə bağlı rəsmi açıqlama

21 Aprel 2022 14:02

Karantin qaydalarında yumşalmalar gözlənilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərin maska tələbinin ləğvi ilə bağlı sualına cavabında bildirib.

O qeyd edib ki, bununla bağlı tarix dəqiq deyil.

"Bu qərarın may ayının birinə, yoxsa yarım saata olacağını isə dəqiq deyə bilmərik" - deyə o əlavə edib.

"Azərbaycanda karantin rejimi ilə bağlı hazırda qüvvədə olan məhdudiyyətlərin ləğvi ilə bağlı təkliflər Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərilib".

Onun sözlərinə görə, son nəticələr yaxın müddətdə bildiriləcək.

Milli.Az