Maradonanın forması rekord qiymətə satıldı - FOTO

21 Aprel 2022 21:21

Dünya futbolunun əfsanəsi Dieqo Armando Maradonanın forması auksionda satışa çıxarılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, futbolçunun 1986-cı ildə keçirilən dünya çempionatının 1/4 finalında İngiltərəyə qarşı keçirilən oyunda (2:1) geydiyi forma rekord qiymətə satılıb.

Maradonanın əli ilə qol vurduğu matçdakı forması üçün 4 milyon funt-sterlinq ödənilib. Bu, futbol forması üçün ödənilmiş ən yüksək məbləğ hesab olunur.

Qeyd edək ki, Maradona 2020-ci ildə vəfat edib.

Milli.Az