"Real" "Bavariya"nın ulduzunu alır

21 Aprel 2022 17:54

"Real" "Bavariya"nın futbolçusu Serj Qnabrini heyətinə qatmaq istəyir.

Milli.Az "Sport.es"ə istinadən xəbər verir ki, mövsümün sonunda Münhen təmsilçisindən ayrılacaq olan oyunçu Madrid klubuna keçəcək. Onun hazırkı sözləşməsi 2023-cü ildə başa çatır.

Qeyd edək ki, Almaniya millisinin üzvü 2017-ci ildən "Bavariya"da çıxış edir.

Milli.Az