Gürcüstanda son sutkada koronavirusdan ölən olmayıb

21 Aprel 2022 11:54

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 223 yoluxma halı qeydə alınıb, ölüm halı baş verməyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 653 915, ölənlərin sayı isə 16 794 nəfər təşkil edib.

Virusa yoluxanlardan 1 634 990 nəfərin sağaldığı bildirilib.

Milli.Az