Renka da aparıcı oldu

21 Aprel 2022 12:18

Rəqqasə Renka (Rəna Ağamuradova) aparıcılıq edəcək.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib.

O bildirib ki, ARB-də yayımlanması planlaşdırılan maqazin proqramında ekrana çıxacaq.

"Maqazin Plus" adlanan verilişin nə vaxt yayımlanması barədə isə məlumat verilməyib.

Milli.Az