Brilliant Dadaşova Amerikaya gedir...

21 Aprel 2022 11:24

Xalq artisti Brilliant Dadaşova Amerikaya yola düşür. 

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi Vaşinqtonda baş tutacaq olan konsert üçün ABŞ-a yollanır.

Onun Nəzakət Teymurova və Abbas Bağırov kimi həmkarları ilə çıxış edəcəyi tədbirdən əldə olunan gəlir işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün yaradılan fonda köçürüləcək.

Milli.Az