"Survivor" izləyicilərinə pis xəbər

21 Aprel 2022 10:12

"Tv8" telekanalında yayımlanan "Survivor All Star" yarışmasının yayımında 2 həftəlik dəyişiklik olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, futbol üzrə "Çempionlar liqası"nın televiziyalarda məcburi yayımlanması səbəbiylə proqram 27-28 aprel və 4-5 may tarixlərində yayımlanmayacaq.

Qeyd edək ki, "Survivor All Star" yarışmasında "Məşhurlar" və "Könüllülər" komandalarındakı iştirakçıların yerləri dəyişdiriləcək.

Milli.Az