Bayden Ukraynadakı vəziyyətlə bağlı bəyanatla çıxış edəcək

21 Aprel 2022 08:37

ABŞ Prezidenti Cozef Bayden Rusiya və Ukrayna ətrafındakı vəziyyətlə bağlı yeni bəyanat verəcək.

Milli.Az "Report"a istinadən bildirir ki, onun çıxışı barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, C.Bayden aprelin 21-i səhər saatlarında (Bakı vaxtı ilə 17.45-də) Vaşinqtonda çıxış edəcək.

"Prezident Rusiya və Ukrayna ilə bağlı son məlumat verəcək", - Ağ Evdən bildiriblər.

Milli.Az