Bakıda 2 qadın yol qəzasında xəsarət alıb

21 Aprel 2022 08:14

Bakının Xəzər rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Zirə qəsəbəsi ərazisində baş verib.

Yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən 1995-ci il təvəllüdlü Fərzəliyeva Fatimə Arzuman qızı və 1979-cu il təvəllüdlü Səmədova Ülviyyə Məhəmməd qızını minik avtomobili vurub. Hər iki qadın ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az