Yunanıstan koronavirusla yaşamağa uyğunlaşır

21 Aprel 2022 08:52

Yunanıstan koronavirusla yaşamağa adaptasiya olur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Tanos Plevris bildirib.

Nazir qeyd edib ki, 2 illik pandemiya dövründən sonra ölkə yeni fazaya daxil olub. Bu faza virusla birgə yaşamaqdır.

Nazir bildirib ki, ölkədə yoluxma halları 85% azalıb, əhalinin əksəriyyəti vaksin olub.

Qeyd edək ki, turizm mövsümünə hazırlıq çərçivəsində Yunanıstan bu həftənin əvvəlindən pandemiya ilə bağlı əksər məhdudiyyətləri ləğv edib.

Milli.Az