Məktəbli qız sinif yoldaşını bıçaqlayıb? - VİDEO

20 Aprel 2022 18:06

Gəncədə 9-cu sinif şagirdi olan qız bıçaqlanıb. İddia edilir ki, ona öz sinif yoldaşı olan digər qız tərəfindən xəsarət yetirilib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, müəllimlər iddia edirlər ki, hadisəni törətməkdə şübhəli bilinən şagird intizamsızlığına görə dəfələrlə tənbeh olnub.

Baş vermiş hadisə ilə bağlı məktəbdə hüquq-müharizə orqanlarının əməkdaşları tərəfindən ilkin araşdırmalar aparılıb.

Hazırda sinif yoldaşını yaralamaqda şübhəli bilinən şagirdin yerinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az