Hüseynin Azərbaycanın ucqar kəndindəki sərgüzəşti - VİDEO

20 Aprel 2022 18:18

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov sosial eksperiment aparmaq üçün Azərbaycanın ucqar bölgələrindən birinə yollanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 21,1 milyon izləyicisi olan Hüseyn bunun üçün köhnə "Mercedes" avtomobili seçib. O, özü ilə TikTok-da məşhurlaşan Aydanı da aparıb.

Yolboyu görüntüləri instaqramında paylaşan bloger bir çox insanların onu tanıdığını vurğulayıb. Hüseyn daha sonra internetin belə olmadığı ucqar kəndə getdiklərini bildirib. O əlavə edib ki, gecəni meşədə keçirəcəklər. 

Həsənov "Tanımadığımız insanların qapısını döyəcəyik. Görək kim bizi qəbul edəcək və yemək verəcək. Həmin şəxs sonda çox yaxşı hədiyyə qazanacaq" deyə, söyləyib.

Milli.Az