"İffet": 23-cü seriya - VİDEO
19 Mart 2012 09:50
Ali İhsan Cemildən qurtulmaq üçün İffetdən həyatının ən acı hadisəsini polisə deməsini istəyir. İffet etiraz edərkən onun Cemili qorumaq istədiyiniz düşünür və onu daha da sıxışdırır. Ancaq İffet ona boyun əymək niyyətində deyil. Bu səbəbdən Ali İhsan ona şillə vurur. İffet üçün o an hər şey bitir.
Ali İhsandan qaçıb şəhər kənarında bir yerdə gizlənir. Amma Cemil onun yerini öyrənib arxasınca gedir.
İffet öncə etmədiyi bir şey edir: Cemildən etdiyi hərəkətlərin hesabını istəyir. Cemilsə hələ də çox sevdiyi İffeti yola gətirməyə çalışır. Tam bu məqamda Ali İhsan onları tapır.
Ali İhsan gözlənilmədən hadisələrin axınını dəyişdirir. İffet çıxılmaz vəziyyətə düşüncə hər kəsin həyatını dəyişdirəcək bir addım atır.
Milli.Az
Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.