Minsk Qrupu "dirilir"?

21 Aprel 2022 22:26

ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri Rusiya tərəfinə Bakı ilə İrəvan arasında hərtərəfli sülhə nail olmaq üçün bu mexanizmin işini bərpa etməyə hazır olduqları barədə siqnallar göndərməyiblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Bizə belə siqnallar daxil olmayıb. Biz onları gözləmirik", - deyə M.Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton və Paris "ATƏT-in Minsk Qrupunun üç həmsədrinin vaxtilə yaxşı əlaqələndirilmiş işini" faktiki olaraq iflic ediblər.

Milli.Az