Gürcüstanda koronavirusdan ölənlərin sayı 16 794 - ə çatıb

20 Aprel 2022 13:24

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 232 yoluxma halı qeydə alınıb, ölüm halı baş verməyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 653 692, ölənlərin sayı isə 16 794 nəfər təşkil edib.

Virusa yoluxanlardan 1 634 591 nəfərin sağaldığı bildirilib.

Milli.Az