Türkiyədə partlayış - Ölən və yaralananlar var - VİDEO - FOTO

20 Aprel 2022 10:38

Bursada həbsxana əməkdaşlarını daşıyan avtobusda partlayış kustar üsulla hazırlanmış bomba ilə hücum nəticəsində baş verib.

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, bu barədə Bursa valisi Canbolat məlumat verib.

O, kustar üsulla hazırlanmış bombanın uzaqdan idarəetmə ilə işə salındığını düşündüklərini deyib.

Partlayış nəticəsində bir nəfər ölüb, biri ağır olmaqla, dörd nəfər yaralanıb.

Milli.Az