Norveç Ukraynaya 100 zenit raket kompleksi göndərib

20 Aprel 2022 16:06

Norveç Ukraynaya 100 "Mistral" zenit raket kompleksi göndərib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Norveçin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Norveç bunu rəsmi Kiyevin istəyi əsasında həyata keçirib.

Həmçinin məlumatda xatırlanıb ki, Norveç mart ayında Ukraynaya 2 min tank əleyhinə qumbaraatan tədarük edib.

Milli.Az