ABŞ-da yüksək inflyasiyanın səbəbləri arasında Rusiya birinci səbəb deyil.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden danışıb.
Bayden ABŞ-dakı inflyasiyaya iki səbəb olduğunu qeyd edib:
"İndi bizdə qiymətlərin niyə bu qədər yüksək olduğunu aydınlaşdıraq. İki səbəb var: birincisi koronavirus idi. İnflyasiyanın ikinci böyük səbəbi Vladimir Putindir".
ABŞ Prezidentinin sözlərinə görə, Ukrayna ətrafındakı vəziyyət bütün dünyada yanacaq və ərzaq qiymətlərinin artmasına səbəb olub:
"Ən son statistik rəqəmləri görəndə: keçən ay inflyasiyanın 70%-i Putinin bahalaşmasının nəticələri olub".
Bayden qeyd edib ki, qiymətləri aşağı salmaq üçün əlindən gələni edir.
Milli.Az